Toz üstündə qonşu davası - 1 ölü, 3 yaralı - FOTO

4 Avqust 2021 16:34

Kayseri (Türkiyə)də üç gün əvvəl baş verən davada 53 yaşlı Əli B. və 30 yaşlı oğlu İsmayıl B. evlərinin qarşısında saman tozu yaydığı iddiası ilə qonşuları ilə dalaşıblar.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, qısa müddətdə iki qrup arasında böyüyən mübahisə qanlı davaya çevrilib. Kayseri Şəhər Xəstəxanasına aparılan İsmayılı həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb. Digər 3 yaralı xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.

Kamran Seyidov
Milli.Az