Dünya bazarlarında təbii qaz bahalaşıb

4 Avqust 2021 12:44

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 0,05% artaraq 4,08 ABŞ dolları təşkil edib.

Milli.Az