"Tottenhem"in qapıçısı Co Hart "Seltik"ə keçib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Şotlandiya klubunun rəsmi saytı məlumat yayıb. 34 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2020-ci ildən "Tottenhem"də çıxış edən Hart ötən mövsüm 10 oyunda 8 qol buraxıb. Təcrübəli qapıçı 2008-2017-ci illərdə İngiltərə millisində çıxış edib.
Milli.Az