"Neftçi"də ciddi itki

3 Avqust 2021 22:34

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində hazırda Finlandiyanın HİK komandasını qəbul edən "Neftçi" ciddi itki ilə üzləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qapıçı Aqil Məmmədov zədələnib. Görüşü davam etdirə bilməyən qolkiperi oyunun 18-ci dəqiqəsində gənc qapıçı Kamran İbrahimov əvəzləyib.

Qeyd edək ki, saat 21:00-da başlayan görüşdə hələ ki, hesab açılmayıb.

Milli.Az