Erməni güləşçidən Rusiyaya atmaca

3 Avqust 2021 17:20

Tokio 2020-də keçirilən yunan-Roma güləşi üzrə finalda rusiyalı Musa Yevloyevə məğlub olan erməni Artur Aleksanyan döyüşün nəticəsindən narazı qalib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, döyüşdən sonra "Match TV"yə danışan Ermənistan təmsilçisi "Qazanmaq üçün Rusiyadan olmalısan!", - deyə ifadə səsləndirib. 

O, hakimlərin rəqibin lehinə qərarlar verdiyini bildirib.

Qeyd edək ki, Yevloyevin qələbəsi sayəsində Rusiya Tokyo 2020-də medal sıralamasında beşinci pilləyə yüksəlib.

Milli.Az