Gürcülər Putindən kömək istəyib

3 Avqust 2021 17:18

"Gürcüstan Vətənpərvərlər Alyansı" partiyası Putindən Rusiya ilə münasibətlərin normallaşmasında kömək istəyib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu bəyanatı partiyanın lideri İrma İnaşvili edib.

2020-ci ilin noyabrında keçirilən parlament seçkilərindən əvvəl "Gürcüstan Vətənpərvərlər Alyansı" respublikada Moskva ilə birbaşa dialoqun dərhal başlamasının tərəfdarı olan yeganə parlament partiyası idi. Onun nümayəndələri artıq bir neçə dəfə Moskvada olub, rusiyalı həmkarları ilə görüşüb. Parlament seçkilərindən sonra partiya üzvləri seçkilərin saxtalaşdırıldığını bəyan edib, və digər müxalifətçilərlə birlikdə parlamentə daxil olmaqdan imtina edib.

"Gürcüstanda ardıcıl olaraq NATO təlimlərinin keçirilməsi Rusiya üçün çağırışdı. Gərginliyi yenidən azaltmaq, bütün səviyyələrdə dialoqu bərpa etmək, mədəni və sosial münasibətləri bərpa etmək və ən əsası ortaq bir dil tapmaq üçün hər iki tərəfdə informasiya məkanını açmaq üçün açıq şəkildə Rusiya Prezidentinə müraciət edirik", - İnaşvili deyib.

Milli.Az