Xilasedicilərlə dava edən Yusuf Güney saxlanıldı

3 Avqust 2021 16:34

Yanavqatda meşə yanğınlarının baş verdiyi ərazidə xilasetmə işlərinə yardımçı olan müğənni Yusuf Güneylə yanğınsöndürənlər arasında mübahisə yaradıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Güney yanğınsöndürənlərin onun göstərdiyi əraziyə müdaxilə etmədiklərinə görə, aralarındakı gərginlik böyüyüb. Məmurların üstünə getməyə başlayan müğənni yanındakı tapança ilə havaya bir neçə dəfə atəş açıb.

İfaçı bölgədə olan polislər tərəfindən saxlanılıb və bölməyə aparılıb. Hazırda onun dindirilməsi davam edir.

Milli.Az