Tokio 2020: Güləşçimiz erməniyə qalib gələrək medal qazandı - VİDEO

3 Avqust 2021 15:02

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda matçda Ermənistandan olan rəqibi Karapet Çalyana qalib gəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, R.Hüseynov 77 kiloqram çəki dərəcəsində 4-1 hesabı ilə üstələyib.

Bu, Azərbaycanın Yay Olimpiya Oyunlarında qazandığı 3-cü bürünc medal olub.

Bundan əvvəl, cüdoçu İrina Kindzerskaya və boksçu və Loren Alfonso Dominges bürünc medalla mükafatlandırılıb.

Milli.Az