Azərbaycan əsilli güləşçi Olimpiadanın finalına çıxıb

3 Avqust 2021 17:55

Ukraynanı təmsil edən Azərbaycan əsilli yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio Olimpiadasında finala çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ağstafada doğulmuş Nəsibov 67 kq çəki dərəcəsində Danimarka, Rusiya və Misirdən olan rəqiblərini məğlub edib.

Bu səbəbdən Pərviz Nəsibov sabah ilk dəfə qatıldığı Olimpiadada qızıl medal uğrunda həlledici görüşdə yarışmaq imkanı əldə edib.

Həmyerlimizin yarımfinal görüşü çox dramatik alınıb. O, Misirdən olan Məhəmməd Əl Saidə 0:6 hesabı ilə uduzsa da, son 10 saniyədə 7 xal qazanaraq finala vəsiqə qazanıb. Onun finaldakı rəqibi Məhəmmədrza Gərayi (İran) olacaq.

Qeyd edək ki, bu çəki dərəcəsində Azərbaycan idmançısı güləşmir.

Milli.Az