Müşfiq Türkiyədə yanğın ərazilərinə yardım apardı - VİDEO

3 Avqust 2021 19:45

Aktyor Müşfiq Şahverdiyev Türkiyədə yanğından əziyyət çəkən ərazilərdəki insanlara yardım edib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, aktyor dostları ilə birlikdə müəyyən ləvazimatlar və əşyalar alaraq hadisə yerinə yollanıb. Daha sonra yardımlar aidiyyəti şəxslərə təqdim olunub.

Şahverdiyev bununla bağlı sosial şəbəkə hesabında məlumat verib.

O, "Hər zaman sizinləyik, canımız Türkiyə, yaşasın Türkiyə-Azərbaycan dostluğu" şərhini yazaraq həmin görüntüləri yayımlayıb.

Milli.Az