Bu ölkədə peyvənd olunmayanlar işdən çıxarılacaq

3 Avqust 2021 14:38

Özbəkistan Prezidenti Şövkət Mirziyayev peyvənd olunmayan şəxslərin işdən çıxarılmasına icazə verən qanunu imzalayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, qanuna görə, Özbəkistanın baş sanitar həkimi insanlar üçün təhlükəli olan karantin və digər yoluxucu xəstəliklərin yayılma təhlükəsi olduqda əhaliyə məcburi profilaktik peyvənd tətbiq edə bilər.

Əks göstərişləri olmayan bir işçi profilaktik peyvənddən imtina edərsə, işəgötürən onun işləməsinə mane olmaq hüququna malikdir.

Qeyd edək ki, iyul ayından Özbəkistan dövlət qulluqçuları, həkimlər, müəllimlər, nəqliyyat şirkətlərinin işçiləri və pərakəndə satış məntəqələri üçün məcburi peyvənd tətbiq edilib.

Milli.Az