“Eldəniz Səlimov polisə deyib ki, fəxr et, səni deputat döyüb”

3 Avqust 2021 12:30

"Hadisə baş verib və fakt ortadadır. Deputat polisə deyib, sən fəxr et ki, səni Milli Məclisin üzvü döyüb". 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu parlamentin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib. 

O bildirib ki, emosional çıxışlara ehtiyac yoxdur: "Bizə belə bir millət vəkili lazım deyil. Belə olan halda biz nədən danışa bilərik? Ona acımaq və təəssüf etmək olar. Amma törətmiş olduğu cinayətlə barışmaq olmaz".

Milli.Az