Hindistanda hərbi helikopter qəzaya düşdü

3 Avqust 2021 16:10

Hindistanın şimalındakı Pəncab ştatında Silahlı Qüvvələrə məxsus helikopter qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəza helikopter daşqın bölgəsinə planlaşdırılmış uçuş həyata keçirərkən baş verib.

Pilotların xəsarət almadığı bildirilib.

Hazırda Pəncab ştatında leysan yağışları daşqına səbəb olub. Ştat rəhbərliyi zərərçəkənlərə humanitar yardımların çatdırılması üçün hərbi helikopterlərdən istifadə edir.

Milli.Az