Bakının iki məşhur gecə klubunun rəhbərləri həbs olundu - FOTO

3 Avqust 2021 12:04

Paytaxtın Nərimanov rayonunda "İnfiniti" və "Extra" gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkar olunub. 

DİN-dən Milli.Az-a verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə həmin gecə klublarının rəhbərliyi müəyyən olunaraq saxlanılıb. 

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. 

"İnfiniti" gecə klubunun rəhbərliyi - Samiq Babayev, Jamal Nasser, "Extra" gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifov həbs ediliblər. 

Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az