"Torino"nun və İtaliya milli komandasının futbolçusu Andrea Belotti karyerasını Rusiyada davam etdirə bilər.
Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, "Zenit" 27 yaşlı hücumçunu transfer etmək niyyətindədir.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Sankt-Peterburq təmsilçisinin "Torino" ilə 30 milyon avro qarşılığında razılaşdığı bildirilib.
Belottinin "Torino" ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. Hücumçunun "transfermarkt"da dəyəri 35 milyon avrodur.
Belotti İtaliya yığması ilə bu il keçirilən Avropa çempionatının qalibi olub.
Milli.Az