Şəhriyar yenidən Aronyana qarşı

3 Avqust 2021 11:22

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci turniri - "Chessable Masters"in dörddəbir final oyunları keçiriləcək.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov dörddəbir finalda ermənistanlı Levon Aronyanla qarşılaşacaq.

Digər qarşılaşmalarda ABŞ təmsilçiləri Uesli So niderlandlı Jorden Van Forrest, Hikaru Nakamura rusiyalı Vladislav Artemiyev, Fransanı təmsil edən Alireza Firuzca Vyetnam şahmatçısı Le Quan Liyem ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, dörddəbir final iki gün ərzində oynanılacaq iki matçdan ibarətdir.

Xatırladaq ki, "Champions Chess Tour" onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və bu ilin sentyabrında başa çatacaq.

Seriyanın ümumi mükafat fondu isə 1 milyon 600 min ABŞ dolları təşkil edir.

Milli.Az