Azad olunmuş ərazilərdə nə qədər mina aşkarlanıb? - FOTO

3 Avqust 2021 08:38

Son bir ay ərzində işğaldan azad edilmiş ərazilərdə 3 min 942 hektar ərazi minalardan təmizlənib.

Bu barədə Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, təmizləmə işləri Tərtər, Ağdam, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılıb.

Əməliyyatlar zamanı 545 piyada əleyhinə mina, 85 tank əleyhinə mina, 625 partlamamış sursat aşkarlanıb.

Milli.Az