Ən yüksək balı topladı - FOTO

3 Avqust 2021 08:28

Avqustun 2-də müəllimlərin işə qəbulu üzrə növbəti test imtahanı keçirilib.

Milli.Az bildirir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, imtahanların 19-cu günündə tarix fənni üzrə müəllim olmaq istəyən namizədlər iştirak ediblər.

İmtahanlara 3 min 236 namizəd dəvət olunub. Tarix fənni üzrə imtahanda ən yüksək balı Aytən Cəyiyeva toplayıb - (60 bal).

Qeyd edək ki, 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinə iyulun 5-də start verilib. Mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir.

Milli.Az