Bill Qeyts həyat yoldaşından boşanıb

3 Avqust 2021 07:21

"Microsoft"un qurucusu Bill Qeyts həyat yoldaşı Melinda ilə rəsmi olaraq boşanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim bazar
Ertəsi cütlüyün boşanması ilə bağlı son qərarı verib.

Boşanmanın təfərrüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl Bill və Melinda Gates aralarındakı nikahı pozmaq qərarına gəldiklərini açıqlamışdılar.

Xatırladaq ki, Qeyts ən zəngin beş iş adamından biridir, ailə büdcəsi 130 milyard dollar qiymətləndirilir.

Milli.Az