Çexiya əks kəşfiyyat rəhbərinin səlahiyyətləri daha 5 il uzadıla bilər

3 Avqust 2021 08:33

Çexiyanın Baş naziri Andrey Babiş parlamentdə təmsil olunan tərəfləri ölkənin Təhlükəsizlik və İnformasiya Xidmətinin (əkskəşfiyyat) direktoru Mixal Koudelkanın səlahiyyət müddətinin beş il uzadılması məsələsinə münasibət bildirməyə dəvət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə hökumət başçısı prezident Miloş Zeman ilə görüşdən sonra jurnalistlərə bildirib.

Qeyd edilir ki, əks kəşfiyyat direktorunun səlahiyyətlərinin müddəti avqustun 15-də başa çatır. Baş nazir sorğusunu Çexiya Parlamentinin deputatlar palatasının (aşağı palata) təhlükəsizlik məsələləri üzrə xüsusi komitə üzvlərinə ünvanlayıb.

Milli.Az