İranda zəlzələ olub

3 Avqust 2021 07:55

İranən şərq hissəsində zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların maqnitudası 4,4 bal olub, episentri 196 min nəfərin yaşadığı Bircənd şəhərindən 174 kilometr şimal-şərqdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Milli.Az