Rusiyada qasırğa nəticəsində 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb

3 Avqust 2021 07:45

Rusiyada bir uşaq da daxil olmaqla üç nəfər qasırğanın qurbanı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində daha 8 nəfər yaralanıb.

"Tver bölgəsində baş verən qasırğa nəticəsində aralarında biri uşaq olmaqla üç nəfər həlak olub. Daha 8 nəfər yaralanıb", - məlumatda deyilir. Qasırğa nəticəsində ən azı 90 ağacın düşdüyü qeyd olunur.

Milli.Az