Türkiyədə isti və küləkli hava yanğınları şiddətləndirdi - FOTO

2 Avqust 2021 23:50

Türkiyənin altı bölgəsində 13 meşə yanğını ilə mübarizə davam edir.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin əkin və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli özünün "Twitter" səhifəsində məlumat verib.

Onun sözlərinə görə, hazırda yanğınların lokallaşdırılması işinə 16 təyyarə, 9 PUA, 51 helikopter, minə yaxın digər texnika və 5200 yanğınsöndürən cəlb edilib.

Bütövlükdə isə son 6 gündə 32 bögədə 137 yanğın ocağı nəzarət altına alınıb.

Milli.Az