Özbəkistanda mütləq vaksinasiya haqqında qanun təsdiqlənib

2 Avqust 2021 23:34

Özbəkistan Ali Məclisinin Senatı mütləq vaksinasiya haqqında qanunu təsdiq edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bundan əvvəl qanun layihəsinə Ali Məclisdə baxılıb.

Sənəddə bildirilir ki, yaşı 18-dən yuxarı olan şəxslər (vaksinin sağlamlıqlarına mənfi təsiri olan şəxslər istisnadır) mütləq vaksinasiyadan keçməlidirlər.

Müəssisə və təşkilatlarda çalışanlar vaksin vurdurmaqdan imtina edərlərsə, həmin təşkilatların rəhbərləri o şəxsləri işə buraxmaya bilərlər.

Xatırladaq ki, hazırda Özbəkistanın 15 milyon 580 min vaksin ehtiyatı var. Bir neçə gün əvvəl isə ölkədə Rusiyanın "Sputnik V" vaksininin istehsalına başlanılıb.

Milli.Az