"Real" Edeqora 50 milyon avro qiymət qoydu

2 Avqust 2021 18:36

"Real" futbolçusu Martin Edeqoru satmağa hazırdır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi norveçli yarımmüdafiəçi üçün 50 milyon avro ödəniləcəyi təqdirdə, onunla yolları ayıracaq. "Real" oyunçunu satsa, müqaviləyə Edeqoru geri almaq variantını daxil etməyə çalışacaq.

Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsümün ikinci hissəsini icarə əsasında "Arsenal"da keçirib.

Milli.Az