Millimizin məşqçi heyəti Olimpiadaya görə qovuldu

2 Avqust 2021 14:56

Tokio-2020 Yay Olimpiya Oyunlarında uğursuz nəticə göstərən cüdo millisinin məşqçi heyəti qovulub.

Bu barədə qafqazinfo-ya Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib. 

O bildirib ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun azərbaycanlı köməkçiləri - Elxan Məmmədov, Nazim Hüseynov, Mehman Əzizov, Elçin İsmayılov və Rüstəm Alimli istefaya göndərilib. 

Komanda isə gənclərdən ibarət millinin məşqçi heyətinə tapşırılıb. 

Həmçinin bəzi cüdoçuların maaşları da azaldılıb. 

Milli.Az