Tokio-2020-nin statistikası: Yoluxanların sayı 281-ə çatdı

2 Avqust 2021 15:38

Tokio-2020-də son sutka ərzində koronavirusa 17 yeni yoluxma qeydə alınıb.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Beləliklə, Tokio-2020-də bu və ya digər şəkildə iştirak edən şəxslər arasında yoluxma hallarının sayı 281-ə çatıb.

Xatırladaq ki, Olimpiya Oyunları avqustun 8-də başa çatacaq.

Milli.Az