Gəzməyə çıxan qadın təsadüfi güllənin qurbanı oldu - FOTO

2 Avqust 2021 19:50

Tokatda (Türkiyə) üç dostu ilə gəzintiyə çıxan qadın təsadüfi açılan güllənin qurbanına çevrilib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, ağır yaralanan 30 yaşlı Elif Saltık xəstəxanada həyatını itirib. Hadisə yerində olan 3 nəfər saxlanılıb. İddiaya görə, iki kişi və iki qadın dağlıq bölgəyə gediblər. Orada da məlum insident baş verib.

Kamran Seyidov
Milli.Az