Gürcüstanda daha 1655 yoluxma, 23 ölü

2 Avqust 2021 12:26

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 655 yoluxma halı qeydə alınıb, 23 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 423 843, ölənlərin sayı isə 5 876 nəfərə çatıb. Virusa yoluxanlardan 386 998 nəfərin sağaldığı bildirilir.

Milli.Az