Əfqanıstanda güclü partlayış - 7 nəfər öldü

1 Avqust 2021 15:39

Əfqanıstanın Qəndəhar şəhərində minaatan mərminin avtomobilə atılması nəticəsində ən azı 7 mülki şəxs həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ariana News televiziya kanalı bildirib.

Məlumata əsasən, ölənlər arasında qadınlar və uşaqlar da olub. Ətraflı məlumat verilməyib.

Qeyd olunub ki, Əfqanıstanın hüquq-mühafizə orqanları hücumun təşkil edilməsində məsuliyyəti "Taliban" üzvlərinin üzərinə qoyublar.

Milli.Az