Türkiyədə daha bir bədbəxt hadisə - FOTO

1 Avqust 2021 15:11

Türkiyənin Qaziantep vilayətinin Şahinbəy rayonunda beşmərtəbəli bina çöküb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə binanın ətrafında park edilən maşınlara zərər dəyib.

Çökmənin səbəbi bilinmir. İlkin məlumata görə, bina boş olub, bu səbəbdən xəsarət alan və ölən yoxdur.

Bölgəyə çox sayda təcili yardım, xilasedici və polis briqadaları cəlb edilib.

Milli.Az