Rusiyada koronavirusdan ölənlərin sayı 159 352 nəfərə çatdl

1 Avqust 2021 13:30

Rusiyada son sutka ərzində daha 22 804 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 6 288 627 nəfərə çatıb.

Son sutka ərzində 789 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 159 352 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.

Milli.Az