Ermənistanda son sutka ərzində koronavirusa 229 nəfər yoluxdu

1 Avqust 2021 13:02

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 229 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 230 339-a çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 5 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4619-a çatıb.

Milli.Az