Bir gündə 8,5 milyard ton buzlaq əridi

1 Avqust 2021 11:24

Qlobal iqlim dəyişikliyinin təsiri altındakı Qrenlandiyada bir gündə 8,5 milyard ton buzlaq əriyərək, okeana qarışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Danimarka hökuməti məlumat yayıb.

Əriyən buzlaq ABŞ-ın Florida ştatını 5 santimetr hündürlüyündə su ilə örtəcək qədər böyük həcmə malikdir.

Şərqi Qrenlandiyada isə bütün zamanların ən yüksək temperaturu qeydə alınıb - 19,8 dərəcə.

Ümumilikdə, iyun ayından indiyədək 100 milyard ton buzlaq əriyərək okeana qarışıb, bununla dəniz səviyyəsi yüksəlib.

Milli.Az