Günel Məhərrəmova müxbiri necə aldatdı? – “Bizi çətin vəziyyətdə qoydu” – VİDEO

1 Avqust 2021 12:34

ARB TV-nin "Onun Sirri" verilişinin mövsüm finalı olub. Son buraxılışda ötən mövsüm ərzində yaşananlar müzakirə edilib.

Verilişin müxbirlərindən olan Aytac Vəlibəyli ifaçı Günel Məhərrəmova ilə bağlı maraqlı açıqlama edib:

"Günel Məhərrəmova ilə bağlı sirr tapmışdıq. Onunla müsahibəyə getdik. Olduğu məkana gedib 1 saatdan çox gözlədik. Sonradan öyrəndik ki, həqiqətən orada olub, sadəcə bizim orada olduğumuzu bilib başqa qapıdan çıxıb getmişdi. Bizi çox çətin vəziyyətdə qoydu".

Milli.Az