İsveçrədə də peyvənd əleyhinə nümayişlər keçirilib

1 Avqust 2021 09:42

İsveçrənin Luzern şəhərində eyni vaxtda iki etiraz aksiyası keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, aksiyaların birində peyvənd əleyhinə, digərində isə hökumətin karantin rejimi ilə bağlı tətbiq etdiyi qərara etirazlar səsləndirilib.

Nümayiş zamanı bir polis əməkdaşının yaralandığı bildirilir.

Aksiyalarda ümumilikdə 5 mindən çox insan iştirak edib.

Milli.Az