Aktirsanın oğlu əməliyyatla qız oldu

1 Avqust 2021 09:36

Aktrisa Ceym Li Kertisin 25 yaşlı oğlu əməliyyatla cinsini dəyişib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 62 yaşlı sənətçi bu haqda müsahibələrindən birində deyib. O bildirib ki, indi övladının adı Tomas yox, Rubidir.

"Biz qürur və maraqla oğlumuzun necə qızımıza çevrildiyini izlədik" deyə, aktrisa bildirib. 1984-cü ildə ssenarist Kristofer Qestlə ailə quran Ceym qızının ailə qurmağa hazırlaşdığını söyləyib.Toy gələn il keçiriləcək.

"Ümid edirəm ki, tezliklə nənə olacam" deyə, o, söyləyib.

Milli.Az