Yunanıstanda da meşə yanğınları başlandı: insanlar köçürülür

31 İyul 2021 23:51

Peloponnes yarımadasının Ziria bölgəsində güclü meşə yanğınları səbəbindən dörd yaşayış məntəqəsi, uşaq düşərgəsi və bir otelin sakinləri təxliyə edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təxliyyə edilən Ziria, Kamares, Lampiri və Lonqos yaşayış məntəqələrinin sakinləridir.

Yanğını söndürmək üçün 95 yanğınsöndürən maşın, 4 yanğşnsöndürən piyada qrupu, 4 təyyarə və vertolyotlar cəlb edilib.

Milli.Az