Tovuzda avtomobil yoldan çıxaraq ağaca çırpılıb, xəsarət alan var

31 İyul 2021 23:48

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı 1984-cü il təvəllüdlü Əsgərov Rusal Qalib oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az