Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub

31 İyul 2021 23:47

İyulun 31-də Fövqəladə Hallar Nazirliyinin Mərdəkan və Xaçmaz sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən 3 nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-dən Milli.Az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslər xilas olunub.

Milli.Az