Azərbaycandan daha 220 yanğınsöndürən Türkiyəyə yollandı - FOTO

31 İyul 2021 21:41

Yanğınsöndürənlərin ikinci qrupu Türkiyəyə yola salındı.

Qrupda 1 helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 220 nəfər yanğınsöndürən və xilasedici yer alıb.

Milli.Az bildirir ki, qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çatacaq və birinci qrupun üzvlərinə qoşularaq yanğınların söndürülməsində iştirak edəcək.

Milli.Az