Türkiyənin yanğın bölgəsinə ezam olunmuş azərbaycanlı jurnalist tüstüdən zəhərləndi

31 İyul 2021 18:56

"APA TV"-nin Türkiyənin yanğın bölgəsinə ezam olunmuş əməkdaşı Xəqani Hüseynov xəstəxanaya yerləşdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, o, yanğın bölgəsində tüstüdən zəhərlənib.

X.Hüseynova ilkin tibbi yardım göstərildikdən sonra Marmaris Dövlət Xəstəxanasına yerləşdirilib. Ondan qan nümunəsi götürülüb və ilkin diaqnoz olaraq tüstüdən zəhərləndiyi təsdiqlənib.

Milli.Az