“Ford” “TIR” ilə toqquşdu - iki qardaş xəsarət aldı

31 İyul 2021 18:44

Bakı-Qazax avtomobil yolunda iki yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

Milli.Az bildirir ki, report-un məlumatına görə, hadisə magistral yolun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Ford" markalı kiçik tutumlu yük maşını "TIR" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində "Ford"un sürücüsü, Qəbələ rayon sakini,1994-cü il təvəllüdlü Vüsal Əlilli ağır, onun qardaşı isə yüngül xəsarət alıb.

Hər iki şəxs xəstəxanaya aparılıb.

Milli.Az