Ərdoğan Türkiyəyə ilk qızılı qazandıran idmançıya: "Gözlərim yaşlı səni izlədim"

31 İyul 2021 17:07

Olimpiya Oyunlarında Türkiyə millisi ilk qızıl medalını qazanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Türkiyəni kamandan oxatma idman növündə təmsil edən Mete Qazoz finalda italiyalı rəqibini məğlub etməklə Olimpiya çempionu adına yiyələnib.

Mete Qazozu qələbəsi münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəng edərək təbrik edib:

"Tarixi yenidən ayağa qaldırdın. Gözlərim yaşlı şəkildə sonuncu oxu atmağını izlədim. Səni təbrik edirəm".

Milli.Az