Çingiz Abdulayevdən örnək addım

31 İyul 2021 14:44

Xalq yazıçısı ölkədə fəaliyyət göstərən nəşriyyatlara müraciət edib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Çingiz Abdulayev kitablarından əldə olunan  qonorarın 10%-ini  "Yaşat" Fonduna köçürülməsini və kitablarında Fondun işarəsi əks olunmasını xahiş edib.

"Mənim öz çıxışlarıma görə qonorar almadığımı hamı bilir. Avqust ayının 1-dən etibarən məktəblilər və tələbələrlə görüşlər istisna olmaqla, bütün çıxışlarımın qonorarları " Yaşat" Fonduna köçürülsün. Həmçinin ölkəmizdəki bütün reklam müqavilələri bütünlüklə "Yaşat" Fonduna köçürülsün. Hamınıza təşəkkür edirəm". 

Milli.Az