Dünyanın ən bahalısı olacaq: Mbappeyə şok təklif

31 İyul 2021 16:38

"Real Madrid" PSJ-nin hücumçusu Kilian Mbappeyə təklif etdiyi məbləğ açıqlanıb. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, məlumatı "Marca" yayıb.

Xəbərə görə, Madrid təmsilçisi fransız forvarda ilinə 40 milyon avro qazanmağı təklif edib. "Kral klubu" ulduz futbolçunu yay transfer pəncərəsi dönəmində komandaya cəlb etmək niyyətindədir. 

Qeyd edək ki, Mbappenin PSJ ilə cari müqaviləsi 30 iyun 2022-ci ilə qədər qüvvədədir. 

Milli.Az