Oğrunu polis insanların əlindən güclə aldı

31 İyul 2021 16:02

Bursada evə oğurluq etmək üçün girən şəxs evdəki balaca qız tərəfindən aşkar olunub.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, bu zaman evdən qaçmaq istəyən şəxs küçədə yerli sakinlər tərəfindən tutularaq döyülüb. Hadisə yerinə gələn polis onu çətinliklə vətəndaşları əlindən alıb. Oğurluqda şübhəli bilinən şəxsin evdən zinət əşyaları və üzüklər oğurladığı iddia edilib. Hadisə ilə bağlı istintaq başladılıb.

Kamran Seyidov
Milli.Az