Polşa prezidentliyinə 17 namizəd var
1 May 2010 11:02
Milli.Az xəbər portalı "UNİAN" agentliyinə istinadən xəbər verir ki, daha 5 nəfər 1000 polşalının imzasını toplaya bilmədikləri üçün qeydiyyata alınmayıb.
Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinskinin vəfatı ilə əlaqədar olaraq, ölkədə növbədənkənar prezident seçkisi elan olunub. Seçki iyunun 20-də keçiriləcək.
Əsas namizədlər Seymin spikeri, hazırda prezident səlahiyyətlərini icra edən Bronislav Komorovski və sonuncu prezident Lex Kaçinskinin əkiz qardaşı Yaroslav Kaçinskidir.
Milli.Az