Dünya bazarlarında qaz ucuzlaşması davam edir

31 İyul 2021 13:02

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti yenidən azalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 3,55% azalaraq 3,915 ABŞ dolları təşkil edir.

Milli.Az