Ermənistanda son sutka ərzində koronavirusa 243 nəfər yoluxub

31 İyul 2021 16:20

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 243 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 230 110-ə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 6 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4614-ə çatıb.

Milli.Az